Turan restoranı by miri97

View this thread on steempeak.com
· @miri97 · (edited)
$10.54
Turan restoranı
***Sumqayıt şəhərində,uşaq əyləncə parkının yaxınlığında yerləşən "Turan" restoranı.***


![IMG_20211023_215553_218.jpg](https://cdn.steemitimages.com/DQmR4egx8ArugTTynZG1g3XWdp3tydRUzXHfjWVba2noPHJ/IMG_20211023_215553_218.jpg)

**Düzü Sumqayıt şəhərində yerləşən bir çox kafe və restoranlardan məmnun deyiləm. Nə qədər ailəvi restoran yazıb qonaqları cəlb etmək istəsələrdə içəri atdığın ilk addımda arxavı çevirib çıxmaq istəyirsən. Reklamında ailəvi yazılıb ama içəri girirsənki mühit başqadır.**

**Lakin sözü gedən "Turan" restoranı həqiqətəndə ailəliklə gedib otura biləcəyiniz,təmizliyi,səliqəni  və yüksək qonaqpərvərliyi özündə cəmləşdirməyi bacaran bir restorandır.
Restoranın xarici görünüşüdə insanda gözəl aura yaradır.**

![IMG_20211023_215541_053.jpg](https://cdn.steemitimages.com/DQmW5bHuHSvYm2ovwad7XNi6js6zJn2oYUgMgqfExhn3LmA/IMG_20211023_215541_053.jpg)

**Restoranda yay aylarında çöldə oturmaq üçün xüsusi yerlər mövcuddur. Bəziləri hər tərəfi açıq bəziləri tamamilə qapalı,istəyə görə.
Çöldə içki  içmək üçün  ayrıca üstü bağlı yerlər varki, burda günəş şüalarından qorunaraq çayınızı , kofenizi və ya hər hansı zövqünüzcə olan bir içkini içə bilərsiz. Əlbətdə sipirtsiz).
Lakin düşünmürəm ki,yağışlı və ya soyuq havada burda oturmaq olsun.**

![IMG_20211023_215558_177.jpg](https://cdn.steemitimages.com/DQmaKffBekwuYJGCVhFN5YV18xV33E6tTzwQFceZjnexKMk/IMG_20211023_215558_177.jpg)

**Kafenin çölündə uşaqların əylənməsi üçün bir çox əyləncə növləri vardır. Buda uşaqların "Turan" restoranını və onları bura gətirən ailəsini  sevməsi üçün ayrıca səbəbdir.**

![IMG_20211023_215542_752.jpg](https://cdn.steemitimages.com/DQmdQRBMeeyQjw2aJvRc2KbpBwVhMyihvgsxiexnMj3byXy/IMG_20211023_215542_752.jpg)

**Bundan başqa restoranın ərazisində gələn qonaqların diqqətini dahada cəlb etmək üçün bəzi heyvanlar gətirilib.
Düzdü bir heyvansevər kimi bu kimi şeylər heç xoşuma gəlmir. Çünki bir canlının azadlığı alınaraq ondan əyləncə növü kimi istifadə edilməsi heçdə yaxşı bir hal deyil. Əksinə qınanılmalı və heyvan haqqları  qorunmalıdır.**


![IMG_20211023_215549_950.jpg](https://cdn.steemitimages.com/DQmTzaKpPo6LUBXo4CxQpvnKyrEn83LrftDbFJGXJyvbZzZ/IMG_20211023_215549_950.jpg)

**Restorandə tək xoşlamadığım hal bu oldu. Düzdü bir çoxları üçün sevindirici ola bilər və həqiqətən bundan zövq alan yetərincə insanlar var. Lakin nə qədər maraqlı olsada onların yeri hansısa restoranın ərazisinə salınmış bir neçə kvadrat metrlik yer deyil. Onlar təbiətə aiddirlər.
Bu haqqda çox danışmaq olar ama bu günki mövzumuz bu deyil.**

![IMG_20211023_215555_900.jpg](https://cdn.steemitimages.com/DQmfEmVL4sLrZufUNABs4PDYPzdGogzLTmfCYLZen1dkr1q/IMG_20211023_215555_900.jpg)

**Restoranın görünüşündən danışdıq. Gəlin biraz xidmətdən və qiymətlərdən danışım.
Demək siz burda  gülər üz personal deyilən o xoş və mehriban  xidməti görə bilərsiz. 
Dolğun menyuya sahib restoranda demək olar ki, ürəyinizdən keçən hər cürə yeməyi tapa bilərsiz. 
Biz ilk olaraq burger, kola və qızardılmış kartof sifariş verdik.**

![IMG_20211023_215545_600.jpg](https://cdn.steemitimages.com/DQmWnfeJXpT3Rxo8oEj4DrPhXvJ2VLJs8FP1nnxyvpvn1Do/IMG_20211023_215545_600.jpg)
 
**Bunlar ümumilikdə 6manat təşkil etdi.
Mən burgeri o qədərdə sevmədiyim üçün qanad sifariş etdim. Qanadı çox gözəl və kvamında hazırlamışdılar.** 

![IMG_20211023_215547_825.jpg](https://cdn.steemitimages.com/DQmYQ4CNkUGaWRG9XT6MztRtBSjhsAp7so3aoB7P1GS2f5T/IMG_20211023_215547_825.jpg)

**Qanad üçün ayrıca 6manat ödədim. Və yanında kola.**

**Yaxşıca yedik,durduq və restoran işçilərinə öz təşəkkürümüzü bildirdik.**

***Dəyərli vaxtınızı ayırıb oxuduğunuz üçün sizlərə xüsusi ilə təşəkkürümü bildirirəm*** @miri97
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 162 others
properties (23)
post_id94,981,633
authormiri97
permlinkturan-restorani
categoryhive-131355
json_metadata{"tags":["steemexclusive","steemitazerbaijan","az","tr","blog","photography","photo"],"users":["miri97"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmR4egx8ArugTTynZG1g3XWdp3tydRUzXHfjWVba2noPHJ\/IMG_20211023_215553_218.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmW5bHuHSvYm2ovwad7XNi6js6zJn2oYUgMgqfExhn3LmA\/IMG_20211023_215541_053.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmaKffBekwuYJGCVhFN5YV18xV33E6tTzwQFceZjnexKMk\/IMG_20211023_215558_177.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmdQRBMeeyQjw2aJvRc2KbpBwVhMyihvgsxiexnMj3byXy\/IMG_20211023_215542_752.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmTzaKpPo6LUBXo4CxQpvnKyrEn83LrftDbFJGXJyvbZzZ\/IMG_20211023_215549_950.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmfEmVL4sLrZufUNABs4PDYPzdGogzLTmfCYLZen1dkr1q\/IMG_20211023_215555_900.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmWnfeJXpT3Rxo8oEj4DrPhXvJ2VLJs8FP1nnxyvpvn1Do\/IMG_20211023_215545_600.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmYQ4CNkUGaWRG9XT6MztRtBSjhsAp7so3aoB7P1GS2f5T\/IMG_20211023_215547_825.jpg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-10-23 18:38:24
last_update2021-10-23 18:57:21
depth0
children0
net_rshares14,240,888,260,429
last_payout2021-10-30 18:38:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value5.291 SBD
curator_payout_value5.244 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length3,674
author_reputation9,332,543,007,969
root_title"Turan restoranı"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (226)