💜💜Club5050 // THE DIARY GAME Better Life||22.05.22.Karyera sərgisi . ||(100% beneficiaries for Steemit Azerbaijan) by noexcuse1

View this thread on steempeak.com
· @noexcuse1 ·
$2.06
💜💜Club5050 // THE DIARY GAME Better Life||22.05.22.Karyera sərgisi . ||(100% beneficiaries for Steemit Azerbaijan)
Hər vaxtınız xeyir əziz Steemitçilər. Gününüz yəqin ki, yorucu amma bir o qədər də qəşəng keçib.  ![IMG_20220521_105752.jpg](https://cdn.steemitimages.com/DQmYhBcbY5VrNyLwqzbjLcBMQhAyCstRpJkweSYh2uLmvPf/IMG_20220521_105752.jpg)

Bu gün  keçirilmiş karyera sərgisindən sizlərə bəhs etmək istərəm. Hazırlıq yoldaşlarımla birgə səhərin gözü açılmamış ADNSU-nun möhtəşəm parkında qaynaşan insanların arasından keçərək özümüzə uyğun iş və ya təcrübə sahələri axtarırdıq. Günün istisində , insanların sıxlıq təşkil etdiyi məkanda 1.52 boyla nəfəs alıb, əzilmədən keçmək qədər çətin heç nə yox idi.
 Düşündüm ki, sərgidə ən çox neft- qaz ixtisasları ilə bağlı vakansiya və ya təcrübə proqramları olar . Nə görsəm yaxşıdı , 166 taksi xidmətindən tutmuş unibanka qədər fərqli sahələrə məxsus iş yerləri var. Öz sahəm üzrə cəmi iki-üç şirkətə rastladım. Biri məşhur SOCAR ,digəri isə STP idi.
Turandrilling şirkəti özü ilə bir xarici mütəxəssis gətirmişdi. Həmin mütəxəssis ingiliscə  aramla danışdığından hər şeyi rahat və aydın şəkildə başa düşmək olurdu. Təəssüf ki, həmin şirkət üzrə mənim  ixtisasıma  aid təcrübə olmadığından başqa şirkətlərlə maraqlanmağa başladım.

![IMG_20220521_105746_1.jpg](https://cdn.steemitimages.com/DQmd2Bn2xMWtgTuWu4MmeQnBozjSeqcyQgn6dMs6wpdxzX1/IMG_20220521_105746_1.jpg)

Son dayanacaq Metak şirkəti idi. Baxıram , hazırladıqları reklam plakatında təcrübə proqramı və vakansiyalar var. Mən də eləmə tənbəllik,insan resursları üzrə təcrübəyə qoşulmaq istədim.  Menecer mənə sayt vasitəsiylə təcrübəyə qoşulmağın daha münasib olduğunu bildirdi. Evə gələndə sayta daxil oldum və qarşılaşdığım mənzərədən aydın oldu ki, Metak sadəcə metaklığını elədi. Elə bil sərgiyə can dərdi deyə gəlmişdilər.
![IMG_20220521_114913_1.jpg](https://cdn.steemitimages.com/DQmWHEGSi32wJ2eAg1pRoBcsbisVba5JPgy56Q2JNBXU5fx/IMG_20220521_114913_1.jpg)

Günün sonunda isə gənc ifaçılar və rəqqaslar möhtəşəm performans sərgilədilər. Ara yerdə seygaha bənzər mahnılar da ifa olundu . Düşünürəm , seygaha bənzər mahnını bizim yaşlı müəllimlər ruslar demiş "zakaz" edib.
Hazırlıq yoldaşlarımla birgə bufetə getmək istədik amma bufetin sahibi bizə ancaq məsul şəxslərə görə məkanın açıq olduğunu deyəndə əlimiz ağzımızda qaldı desəm yalan olar. Çünki vərdiş etdiyimiz vəziyyət idi. Eh, Adnsu .. Ümid edirəm ,bir də ocağına düşmərəm.
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 220 others
properties (23)
post_id99,487,593
authornoexcuse1
permlinkclub5050-the-diary-game-better-life-or-or-22-05-22-karyera-s-rgisi-or-or-100-beneficiaries-for-steemit-azerbaijan
categoryhive-131355
json_metadata{"tags":["thediarygame","club5050","steemexclusive","steemitazerbaijan","photography"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmYhBcbY5VrNyLwqzbjLcBMQhAyCstRpJkweSYh2uLmvPf\/IMG_20220521_105752.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmd2Bn2xMWtgTuWu4MmeQnBozjSeqcyQgn6dMs6wpdxzX1\/IMG_20220521_105746_1.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmWHEGSi32wJ2eAg1pRoBcsbisVba5JPgy56Q2JNBXU5fx\/IMG_20220521_114913_1.jpg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2022-05-22 18:48:00
last_update2022-05-22 18:48:00
depth0
children0
net_rshares13,269,408,247,090
last_payout2022-05-29 18:48:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value2.060 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,328
author_reputation6,900,632,335,524
root_title"💜💜Club5050 // THE DIARY GAME Better Life||22.05.22.Karyera sərgisi . ||(100% beneficiaries for Steemit Azerbaijan)"
beneficiaries
0.
accountsteem-azerbaijan
weight10,000
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (284)