MƏHƏBBƏT YAŞAYIRSA... by sefa86

View this thread on steempeak.com
· @sefa86 ·
$1.50
MƏHƏBBƏT YAŞAYIRSA...
_Nə zaman ki, rast gəlirəm bir-bir qoşa gəzənlərə,
Bir-biriyçin yerdən çiçək, göydən ulduz üzənlərə,
Sevgi üçün hər cəfaya, hər əzaba dözənlərə
Düşünürəm bu cahanda müqəddəslik yaşar hələ
Eşq, məhəbbət yaşayırsa, tükənməyib bəşər hələ._

_Qoca olsun, cavan olsun zərrə qədər fərqi yoxdur,
Kim tək-tənha yaşayırsa, ruhu yoxdur, qəlbi yoxdur.
Xilqət üçün eşqdən böyük himn yoxdur, şərqi yoxdur,
Kafiri də sevən olsa, açar, gözəlləşər hələ
Eşq, məhəbbət yaşayırsa, tükənməyib bəşər hələ._

![unnamed.jpg](https://cdn.steemitimages.com/DQmWqLrrYS64jYw9yFf1czBoG61QNHKBJ6jXgga1gNiktRV/unnamed.jpg)


_Onun üçün nə millət var, nə qanun var, nə sərhəd var,
Ayaqları sayalıdır, onda xeyir-bərəkət var.
O cahanda hökmransa, ədalət var, hürriyyət var,
O yoxdursa, müdrik şəxslər ləyaqətdən düşər hələ,
Eşq, məhəbbət yaşayırsa, tükənməyib bəşər hələ._

_Onun adı çəkiləndə Əsli, Kərəm yada düşür,
Leyli, Məcnun yada düşür, dərdi-ələm yada düşür.
Füzuli tək yanar ürək, sirli aləm yada düşür,
Onu məğlub etməyibdir nə bir zülm, nə şər hələ,
Eşq, məhəbbət yaşayırsa, tükənməyib bəşər hələ._

![-romantik-ask-asiklar-romantizim-sevgili-icin-sevgililer-en-romantik-resimler-resim-asiklar-sevgililer-foto-askim-icin-sevgiliye-ozel-bedava-indir-facebook-instagram-twitter-ask (11) (1).jpg](https://cdn.steemitimages.com/DQmP95VCoieQ8NaAL6pCoDztMCh1DFLXXFfA6vKqWZVe3Yy/-romantik-ask-asiklar-romantizim-sevgili-icin-sevgililer-en-romantik-resimler-resim-asiklar-sevgililer-foto-askim-icin-sevgiliye-ozel-bedava-indir-facebook-instagram-twitter-ask%20(11)%20(1).jpg)


_Onu nə var, nə də zinət əvəz edir bu dünyada,
Nə bir sərvət, nə bir qüdrət əvəz edir bu dünyada.
Məhəbbəti tək məhəbbət əvəz edir bu dünyada,
Ondan qeyri-dəyərsizdir min cür ləli-gövhər hələ,
Eşq, məhəbbət yaşayırsa, tükənməyib bəşər hələ._

_Sən ona can vermisənsə, verəcəkdir o sənə can,
Qanımızda, canımızda çağlayır o ölənəcən.
Axırıncı nəfəsəcən, Əzrayili görənəcən,
Bizlər gəldi-gedəriyik, o əbədi yaşar hələ,
Eşq, məhəbbət yaşayırsa, tükənməyib bəşər hələ._

Cabir Novruz

[Foto](https://images.app.goo.gl/xri7rMYDWLx2Sbg17)
[Foto](https://images.app.goo.gl/BeQsgrmY2TqJfw5m6)
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 157 others
👎  
properties (23)
post_id94,982,456
authorsefa86
permlinkm-h-bb-t-yasayirsa
categoryhive-131355
json_metadata{"tags":["steemexclusive","steemitazerbaijan","az","blog"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmWqLrrYS64jYw9yFf1czBoG61QNHKBJ6jXgga1gNiktRV\/unnamed.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmP95VCoieQ8NaAL6pCoDztMCh1DFLXXFfA6vKqWZVe3Yy\/-romantik-ask-asiklar-romantizim-sevgili-icin-sevgililer-en-romantik-resimler-resim-asiklar-sevgililer-foto-askim-icin-sevgiliye-ozel-bedava-indir-facebook-instagram-twitter-ask%20(11)%20(1).jpg"],"links":["https:\/\/images.app.goo.gl\/xri7rMYDWLx2Sbg17","https:\/\/images.app.goo.gl\/BeQsgrmY2TqJfw5m6"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-10-23 19:27:33
last_update2021-10-23 19:27:33
depth0
children0
net_rshares2,691,796,317,746
last_payout2021-10-30 19:27:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.762 SBD
curator_payout_value0.736 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,133
author_reputation1,005,129,969,225
root_title"MƏHƏBBƏT YAŞAYIRSA..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (222)